Bu insan dünyanı məhv edə bilər - Bir neçə saat QALDI
Dünya
15 Noyabr 2017 19:28

Bu insan dünyanı məhv edə bilər - Bir neçə saat QALDI


Elon Muskun rəhbərlik etdiyi “SpaceX” şirkəti gizli bir missiya üçün “Zuma” kod adlı yükü “Falcon 9” raketi ilə kosmik orbitə göndərməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, raket ABŞ-ın Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən bu gün yerli vaxtla saat 20:00-22:00 arasında buraxılacaq.

Məlumata görə, raketin kosmik orbitə buraxılmasına dair heç bir görüntü yayımlanmayacaq. Beynəlxalq raket və müdafiə şirkəti olan “Northrop Grumman” bu missiya üçün “SpaceX”-lə razılaşdığını açıqlayıb.

“Zuma” Yer kürəsinə ən yaxın orbitdə yerləşdiriləcək. “Falcon 9” raketi missiyasını tamamladıqdan sonra planetimizə qayıdacaq və digər məqsədlər üçün istifadə ediləcək.

Artıq “Zuma” yükünün hansı məqsədlə kosmik orbitə göndərilməsinə dair komplo-nəzəriyyələr irəli sürülür.

Bəzilərinə görə, “Zuma” “X planeti" adı ilə məşhur olan “Nibiru” planetinə göndəriləcək. Göndərilən yükün hərbi məqsədlər üçün olacağı ehtimal edilir.

Bir çox amerikalı astronomlar əmindirlər ki, “Nibiru” planeti həqiqətən də mövcuddur. Bununla belə, o, sürətlə Yer planetinə yaxınlaşır.

Alimlər bildirirlər ki, bizim planetdəki zəlzələ, quraqlıq, qasırğa, son zamanlar tez-tez müşahidə olunan vulkan püskürmələri və s. kimi bütün kataklizmlər “Nibiru”nun təsir gücü ilə əlaqədardır. Belə bir əminlik var ki, təbii fəlakətlər qlobal xarakterli olacaq və bəşəriyyət 22-ci əsrə qədər yaşamayacaq.

Alimlərin fikrincə, “X planeti” Günəşin ətrafında uzun orbiti daxilində ellipsvari dövrə vurur. Hazırda bu göy cismi Günəş sisteminə qayıdır. Qeyd edək ki, bu planetin günəş ətrafında bir dövrə vurması üçün 3600 il lazım gəlir.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13