Dünyanın ən dərin çuxuru necə yarandı? - FOTO
Maraqlı
17 Noyabr 2017 23:04

Dünyanın ən dərin çuxuru necə yarandı? - FOTO


Yer planetinin ən dərin nöqtəsi olan Mariana çökəkliyi Sakit okeanın qərbində yerləşən Mariana adalarının ən böyüyü olan Quam adasının cənub-qərbində, Yaponiya və İndoneziyanın tam ortasında yerləşir.

Milli.Az xəbər verir ki, elm adamları tərəfindən aparılan araşdırmalar nəticəsində dünyanın ən dərin çuxurunun 2542 m olduğu təsbit edilib. Çökəkliyin diametri isə 69 m-dir.

Mariana çökəkliyi necə əmələ gəlib?

Zaman keçdikcə Yerin qabığını əmələ gətirən platformalardan bəziləri bir-birləriylə toqquşub. Bu toqquşma nəticəsində platformalardan biri digərinin üstünə çıxıb. Daha sürətlə gələn platforma digərinin altına keçib. Toqquşma nəticəsində şiddətli zəlzələlər əmələ gəlib. Bu zəlzələlərin əmələ gətirdiyi dərinliklər lövhələrin böyüklüyündən asılı olaraq, 700 m-ə qədər çata bilib. Mariana çökəkliyi də Sakit okean Platforması ilə Mariana platformasının bir-birinə bu şəkildə yaxınlaşması nəticəsində əmələ gəlib.

İlk səyahətçilər

Təbii hadisə nəticəsində əmələ gəln bu çökəkliyə ilk dəfə amerikalı əsgər Taymn Donald Valş və isveçrəli elm adamı Jak Pikard enib. Onlar çökəkliyə daxil ola bilmək üçün "batiskaf" adlı çox yüksək təzyiqə davamlı, sərt poladdan hazırlanmış dairəvi şəkilli sualtı kapsuldan istifadə ediblər. Dalğıcların Yerin dibinə səyahəti 5 saat çəkib. Onlar 10916 metr dərinliyə enməyi bacarıblar.

"Titanik", "Terminator", "Avatar" və "Aliens" kimi məşhur fimlərin prodüseri olan Ceyms Kameron da 2012-ci il 25 mart tarixində Mariana çökəkliyinə 156 dəqiqəlik səyahət həyata keçirib. Onun istifadə etdiyi sualtı gəmi 7250 tondan daha ağır bir təzyiqə davam gətirib. (publika.az)

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13