Bakıya gələn ərəblər quşlara görə hava limanında saxlanıldılar
Maraqlı
18 Noyabr 2017 13:24

Bakıya gələn ərəblər quşlara görə hava limanında saxlanıldılar


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ərəb turistlər öz davranışlarıyla sərnişinlərin diqqətini çəkib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Bakıya gələn iki ərəb turist qollarının üzərində şahin quşları ilə hava limanına daxil olub.

Amma görünür, onların şəhərə çıxmasına icazə verilməyib. Çünki şəhərimizin qonaqları saatlarla hava limanında gözləməli olublar. Onların davranışları sərnişinlərin böyük marağına səbəb olub. Sərnişinlərdən Samir Süleymanovun sözlərinə görə, ərəblər deyiblər ki, onlar bu quşlar olmadan yaşaya bilməzlər və hara getsələr özləri ilə aparırlar: "Dedilər, necə ki, siz it-pişik saxlayırsınız, biz də şahinləri sevirik".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08