Yüzlərlə bakirə qız 14-cü arvad olmaq üçün yarışır - FOTO
Maraqlı
19 May 2017 15:44

Yüzlərlə bakirə qız 14-cü arvad olmaq üçün yarışır - FOTO


Afrikanın ən kasıb ölkələrindən olan Svazilenddə hər il ənənəvi olaraq keçirilən "Reed Dance" adlanan günlər başlayıb. 

Milli.Az xarici KV-ə isinadən xəbər verir ki, burada yüzlərlə bakirə qız kralın həyat yoldaşı olmaq üçün yarışır. Kralın arvadı olmaq istəyən 30 mindən çox bakirə gənc qız rəqs üçün növbə gözləyir.

Kral 3-cü Msvati ənənəvi "Reed Dance"də əsgərləriylə birlikdə bakirə qızların qarşısında rəqs edir.

8 gün davam edən bu mərasimdə hazırda 13 həyat yoldaşı olan kral istədiyi qızı özünə arvad olaraq seçə bilər.

Dünyanın ən kasıb ölkələrindən biri olaraq tanınan Svazilendin kralı 3-cü Msvati dəbdəbəli həyat düşkünlüyü və çoxarvadlılığına görə tez-tez tənqid edilir.

14 həyat yoldaşı olan kralın də hər yoldaşına bir saray tikdirdiyi və onların hər birinə bir "BMW" bağışladığı deyilir.

Məhəmməd Vaqif
Milli.Az














loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR