“Qarabağ”ın rəqibi əzəli rəqibinə qalib gəldi - VİDEO
İdman
19 Noyabr 2017 4:18

“Qarabağ”ın rəqibi əzəli rəqibinə qalib gəldi - VİDEO


Futbol üzrə İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda əzəli rəqibi “Latsio” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi 3 qolun qeydə alındığı paytaxt derbisindən qalib ayrılıb - 2:1. “Canavarlar”ın ilk qolunu 49-cu dəqiqədə penaltidən fərqlənən Dieqo Perotti vurub. 53-də isə Raca Naynqqolan hesab arasındakı fərqi artırıb. “Latsio” yalnız 72-ci dəqiqədə penaltidən vurduğu təsəlli qoluna sevinə bilib.

Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 30 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08