Teymur Rəcəbov liderlər qrupunda
İdman
19 Noyabr 2017 10:14

Teymur Rəcəbov liderlər qrupunda


Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.

T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda, ispan Fransisko Valyexo üzərində qələbə qazana bilib.

Üç turdan sonra Teymur Rəcəbov, Pyotr Svidler (İsrail), Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland) və Levon Aronyan (Ermənistan) hərəyə 2 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08