"Qarabağ"ın rəqiblərindən "Roma" və "Çelsi" qələbə qazandı, "Atletiko" "Real"la heç-heçə etdi - FOTO
İdman
19 Noyabr 2017 10:34

"Qarabağ"ın rəqiblərindən "Roma" və "Çelsi" qələbə qazandı, "Atletiko" "Real"la heç-heçə etdi - FOTO


"Qarabağ"ın futbol üzrə Çempionlar Liqasının "C" qrupunda yer alan rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

Milli.Az report-a istinadən xəbər verir ki, rəqiblərdən "Roma" və "Çelsi" qələbə qazanıb, "Atletiko Madrid" isə heç-heçə ilə kifayətlənib.

"Qarabağ"ın noyabrın 22-də Bakıda qəbul edəcəyi İngiltərənin "Çelsi" klubu Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə "Vest Bromviç"i darmadağın edib - 4:0.

İtaliyanın "Roma" kollektivi isə evdə "Latsio"nu qəbul edib və görüşü 2:1 hesablı qələbə ilə başa vurub.

Ağdam klubunun Bakıda və Madriddə heç-heçə etdiyi (0:0, 1:1) "Atletiko" isə doğma divarlar arasında "Real" ilə xallarını yarı bölüb - 0:0.

"Qarabağ"a gəldikdə isə Ağdam klubu Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"ı 2:0 məğlub edib.

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13