"Xidmətçi", "fəhlə", "siyasi xadim": Bir şəkil üçün min obraza girən fotoqrafın dəhşətli SONU
Maraqlı
19 Noyabr 2017 21:24

"Xidmətçi", "fəhlə", "siyasi xadim": Bir şəkil üçün min obraza girən fotoqrafın dəhşətli SONU


ABŞ-ın, Reyxstaqın heç bir ali məhkəməsi, mühüm hadisələri onsuz ötüşməzdi. O nə hakim idi, nə də diplomat. Sadə fotoqraf idi. Obyektivini şlyapasında, çantasında, hətta saxta əl sarığında gizlədən sehrbaz... Hər kadrı sensasiya olan bu insanın adı Erix Salomon idi. Daim qalmaqal ardınca qaçan bu peşəkar insan ilk paparazzi kimi tarixdə iz qoyub.

Milli.Az bildirir ki, ötən əsrin heç bir mühüm siyasi hadisəsi onsuz ötüşmürdü. Bəs Erix özünü bu tədbirlərə necə yetirirdi. Bəzən sadə fəhlə görkəmində, bəzən xidməti qapıdan gizlincə içəri daxil olan xidmətçi simasında məkana yol tapıb, istəyinə nail olurdu. Təsadüf nəticəsində digər qonaqlıqlarda tədbirə daxil olmaq imkanı qazananda isə özünü yüksək zümrəyə xas alicənablıqla aparır, şübhə yaratmırdı. Onun üçün sifariş olunmuş limuzində tədbirə gəlir, bir neçə dildə ünsiyyət qurur, özünü güclü siyasi xadim kimi göstərirdi. Sonra zalda öz yerini alıb, şübhə çəkmədən papağının içində, çantasının ucunda gizlətdiyi obyektivini işə salırdı. Beləcə dünya siyasətinin ən gizli, qalmaqallı məqamları gün üzünə çıxırdı.

Onun başına gülməli hadisələr də gəlirdi. Çünki hər kəs izində idi. Bəzən Erixin hiyləsi ifşa olunur və obtektivi əlindən alınıb, tədbirdən kənarlaşdırılırdı. Lakin müdrik fotoqraf bu cür xoşagəlməz hallardan da çıxış yolu tapırdı. O, cəldliyi hesabına kadrları köçürdüyü obyektiv əvəzinə ehtiyatda saxladığı aparatı təhvil verirdi. Bunu edərkən kədərini və narazılığını açıq-aydın hiss etdirirdi ki, üzərinə şübhə çəkməsin.

İnsanların emosiyaları əks edilmiş bu fotoşəkillərin hər biri böyük məşhurluq qazanırdı. Onun əbədiləşdiyi kadrların janrı hazırda jurnalistlər tərəfindən geniş istifadə olunur. Salomon tarixdə ilk paparazzi kimi iz qoymağı bacarıb. Çağdaş jurnalistlər onu çox vaxt qalmaqal kralı adlandırır, öz ustadları hesab edirlər.

Erix yəhudi ailəsinin 4-cü övladı olub. Berlində yaşayan Salomon ailəsinin maddi durumu çox yaxşı idi. Erix öncə atasının istəyi ilə zoologiya üzrə, daha sonra memarlıq təhsili alır. Nəhayət hüquq üzrə doktorluq dərəcəsi müdafiə edir və uzun müddət ixtisası üzrə fəaliyyət göstərir. 40 yaşından sonra isə fotoqraf olmağa qərar verir və öz istedadı ilə dünyaya səs salır. 1914-cü ildə Erix alman ordusuna hərbi xidmətə çağırılır. Bir neçə həftə sonra isə fransız ordusuna əsir düşür. Uzun müddət əsirlikdə qalan Erix bu illər ərzində fransızlara tərcüməçi kimi xidmət göstərir. 1920-ci ildə əsirlikdən xilas olub, Berlinə dönür. Uzun müddət özünü bir neçə peşədə sınayır. Lakin cəhdləri uğursuzluqla nəticələnir.

Nəhayət 1927-ci ildə Erixə bir nəşriyyatda iş təkif olunur. O, burada həm yaradıcı, həm də hüquqi bacarıqlarını sərgiləməyi bacarır. Dil bilikləri isə bilavasitə yardımına çatır. Elə burada işlədiyi dövrdə əlinə ilk dəfə fotoaparat götürüb, təcrübəsini artırır. Bir il sonra iştirak etdiyi məhkəmədə ilk qalmaqallı kadrını yaxalayır. Beləcə Erix fəaliyyətini bu yöndə qurur.

Onun hətta Haaqa məhkəməsində əldə etdiyi kadrlara bu gün də paparazzilər heyranlıqla baxırlar. Hazırcavablığı, dil bilikləri, əlaqələri hesabına qazandığı məşhurluğa çoxları paxıllıq edirdi.

Ən qəribəsi isə odur ki, Solomonu öz zallarında görməkdən narahatlıq duyan siyasətçilər belə adını hallandırmaqdan çəkinmirdilər. Bir dəfə Prussiyanın naziri Otto Braun belə bir ifadə işlədir: "Məhkəmə nazirsiz başlaya bilər, lakin Salomonsuz əsla!" Fransanın xarici işlər naziri Aristid Brian isə bütün məhkəmələrdə öncə bu sualı verirdi: "Bəs Erix hardadır? Biz onsuz başlaya bilmərik, yoxsa insanlar tədbirimizin vacibliyinə inanmazlar".

Solomon 170-dək məşhurun qalmaqallı fotoşəkillərini kitab halında nəşr etdirir.
Hitler hakimiyyətə gələr-gəlməz, Erix ailəsilə birgə Hollandiyaya köçür. Buradan ABŞ-a qaçmaq istəyərkən, ailəsilə birgə Hitler ordusunun əlinə keçir. Xanımı, kiçik oğlu və özü əsir düşərgəsində edam olunurlar. Böyük oğlu isə adını və soyadını öncədən dəyişdiyi üçün sağ qalır.

1971-ci ildən etibarən fotojurnalistlik sahəsində "Doktor Erix Salomon mükafatı" təsis edilib. Bu mükafat ən az Nobel qədər nüfuzlu sayılır. 1997-ci ildə əfsanəvi paparazzinin oğlu Otto ən yaxşı fotoqraf kimi bu mükafata layiq görülüb. (publika.az)

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13