Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
Ölkə
20 Noyabr 2017 11:27

Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb


Bakı. Trend:

Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək insanları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinə (RPİ) taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, cari ilin noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan “Ayhan” pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün “Hisense” markalı mobil telefonu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı T.İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən T.ismayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13