İnsan ömrünü qısaldan 4 AMİL
Sağlamlıq
20 Noyabr 2017 22:44

İnsan ömrünü qısaldan 4 AMİL


Hər bir insan çox yaşamaq istəyir. Uznömürlülərin həyatını araşdıran alimlər belə nəticəyə gəliblər ki, uzunömürlülüyün əsas səbəbləri irsiyyət, qidalanma (uzunömürlülərin əksəriyyəti az yeyirdi) və həyat tərzidir (uzunömürlülərin əksəriyyəti həyatı boyu çox işləyirdi, daim hərəkətdə olurdu).

Elmi araşdırmalar və müşahidələr göstərir ki, bəzi amillər insan həyatını xeyli qısalda bilər.

Milli.Az saglamolun.az-a istinadən bu amilləri təqdim edir:

- Siqaret çəkmək. Bir çox xərçəng və ürək-damar sistemi xəstəliklərinin səbəbi olan bu pis vərdiş insan həyatını 14 il qısaldır.
- Yuxunun daim az olması, yuxusuzluq. Bu amil də ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin riskini artırır, orqanizmdə stressin səviyyəsini qaldırır. Araşdırmalar göstərir ki, yuxunun xroniki olaraq çatışmazlığı həyatın 12 il qısalmasına səbəb olur.
- Spirtli içkilərin tez-tez qəbulu. Bu amil də bir çox xərçəng xəstəliklərinin riskini artırır və həyatımızı 8 il qısaldır.
- Oturaq həyat tərzi. Azhərəkətli insanın orqanizmində qan dövranı, maddələr mübadiləsi və s. proseslər ləngiyir ki, bu da müxtəlif orqanlarda durğunluq proseslərinə və nəticədə iltihablara, çəkinin artmasına və s. pozulmalara səbəb olur. Beləliklə, oturaq həyat tərzi həyatımızı 8 il qısaldır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08