İnsan bədənində 8 SİRLİ ORQAN - FOTO
Maraqlı
20 Noyabr 2017 23:34

İnsan bədənində 8 SİRLİ ORQAN - FOTO


21-ci əsrdə insan bədənində elmin belə izah etməkdə aciz qaldığı orqanlar var. Tam olaraq heç bir funksiyanı yerinə yetirməyən bu orqanların adlarını belə çoxunuz bilmirsiniz. Elə isə məqaləni diqqətlə oxuyun.

Milli.Az bu yazıda sizi tam olaraq nə işə yaradığı bəlli olmayan orqanlarla tanış edir:

1. Quyruq sümüyü dediyimiz orqan
Tarixi araşdırmalara inansaq, insanlar meymundan yaranıb və quyruqlu olub. Sonra zaman-zaman o quyruq yox olub, yalnız izi qalıb və s. İnsan bədənində heç bir funksiyanı yerinə yetirməyən quyruq sümüyü niyə mövcuddur? Alimlərin fikrincə, quyruq sümüyü bağırsaq sisteminin normal fəaliyyətini tənzimləmək üçün bir çox əzələ və oynaqların öz yerində sabit qalmasına, eləcə də oturaq vəziyyətdə insanın öz tarazlığını təmin etməsinə kömək edir.

2. Appendisit, yəni kor bağırsağın iltihablaşması
Appendisitin, yəni kor bağırsağın insan orqanizmində ciddi fəaliyyəti yoxdur. Hətta bəzi ölkələrdə uşaq dünyaya gələn zaman gələcəkdə iltihablaşmasın deyə həkimlər onu kəsib götürür. Passivləşmiş bir orqan olsa da, badamcıqlar kimi onlar da müəyyən infeksiyalara qarşı qoruyucu funksiyanı yerinə yetirirlər. İltihablaşmış appendisit zamanında əməliyyat olunmazsa, partlayır və orqanizmi zəhərləyir. Bu səbəbdən çoxsaylı insan ölümləri qeydə alınıb. Bəzi fikirlərə görə, appendisit yediyimiz yarpaqların içərisindəki selülozun həzm olunmasını asanlaşdırır. Aparılan son analizlərdə appendisitin təkamül prosesi içərisində həzm prosesində lazımından daha artıq iştirak etdiyi və infeksiyalara qarşı qoruyucu müdafiə yaratdığı məlum olub.

3. Badamcıqlar (Qlandalar)
Badamcıqlar boğazın iki yanında da olan, badam formasında lenfoid bölgələrdir. İltihablaşmış badamcıqlar tonsilit adlanır. Lenfatik sistemdəki digər orqanlar kimi badamcıqlar da immun sisteminin bir hissəsini təşkil edirlər. Uzunluğu 2.5 sm, eni 1.5 sm olan badamcıqlar insanın infeksiyaya yoluxma riskini nisbətən azaldır. Ölçüləri böyüklərə nisbətən uşaqlarda daha iri olur. Bu səbəbdən onların kəsilməsi tövsiyyə edilir.

4. Kişilərdə döş.
Qadınlarda süd vəzilərinin olmasına baxmayaraq, kişi cinsiyyəti xromosomunun gec aktivləşməsi nəticəsində artıq 6 həftədən sonra insan embrionu cinsiyyətə görə inkişaf etməyə başlayır. Lakin kişi cinsiyyəti xromosomu 6-cı həftəyə qədər inkişaf etmədiyi üçün kişilərdə də döşlər yaranmağa başlayır.

5. Dalaq
Funksiyası hələ tam olaraq dəqiqləşməyən və qan yaradan orqan kimi dilimizə düşən dalaq ən müəmmalı orqanlardan biridir. Lenfosit və antikor istehsal edir. Ölü qan hüceyrələrini baryer funksiyası ilə bir yerə toplayaraq ağciyərə keçməsinin qarşısını alır. Orqanizmi lazımı qanla təmin edən depo funksiyasını daşıyır.

6. Sinus
Sinus kəllədə burun boşluqları ətrafındakı sümüklərin içindən burun boşluqları istiqamətində açılan iki sümük arasındakı boşluğa deyilir. Ümumiyyətlə, müəyyən yaşdan sonra (25 yaşa qədər) inkişaf edən sinuslar danışarkən səs rezonanslarına istiqamət verir, quru havanı bədən temperaturunda nəmləndirərək traxeya, oradan da ağciyərlərə və qan vasitəsilə orqanizmə ötürülür.

7. Timus
Timus sümüyü "ridumet" inkişafdan qalmış vəzlərdən biridir.
Timus orqanı üst və alt mediastenin ön qismində olur. Alt hissəsi qabırğalara qədər inkişaf edir. Öndən sternum, arxadan perikard(ürək pərdəsi) və arcus aorta ilə əhatə olunub. Tünd qırmızı rəngdən başlayıb boz, daha sonra isə yağ hüceyrələrinə qarışaraq sarı rəngə çalır.

8. Vomeronasal orqan
Bu orqan da inkişafdan qalmış hesab edilir. Çünki qoxu duyma instinktləri üzərində inkişaf edən bu orqan insanlara nisbətən heyvanlarda daha çox inkişaf edib. Bu orqanın köməyi ilə asanlıqla duyula bilməyən bir çox kimyəvi iyləri hiss edə bilirik. (publika.az)

Milli.Az









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08