Yerə "ulduzlararası" kometa yaxınlaşır - VİDEO - FOTO
Maraqlı
21 Noyabr 2017 12:04

Yerə "ulduzlararası" kometa yaxınlaşır - VİDEO - FOTO


Günəş sisteminə ilk dəfə olaraq başqa qalaktikadan kometa daxil olub.

Milli.Az Space-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Havay adalarındakı "PanSTARRS1" teleskopu ilə müşahidə aparan astronomlar bu səma cismini qeydə alıblar.

"Comet C.2017 U1" adlı kometa yadplanetlilərin gəmisinə bənzəyir.

Dünya astronomiya tarixində ilk dəfədir ki, Günəş sistemindən kənar, Oorta buludundan və ya Koyper qurşağından gəlməyən kometa qeydə alınır.

Komatanın orbitinin eksentrisitetinin böyük olması onun Lira ulduz topasındakı Veqa ulduzu səmtindən hərəkətə başladığını güman etməyə imkan verir.

"Comet C.2017 U1"in diametri 160 metr, sürəti isə 26 km/saniyədir. Hazırda kometa Merkurinin orbiti ilə Günəş arasındadır ki, bu da Günəşlə Yer arasındakı məsafədən 5 dəfə kiçikdir.

Günəş sisteminə Yerin orbit müstəvisinə faktiki olaraq şaquli vəziyyətdə daxil olan kometa hiperbolik traektoriya ilə hərəkət edir.

Kometanın Günəş sistemini tərk edəcəyi və ya müəyyən vaxtdan sonra Günəşə doğru geri qayıdacağı dəqiq bəlli deyil. Konkret cavab üçün ən azı 3 həftəlik müşahidə gərəkdir.

Havay adalarında yerləşən, Fransa və Kanadaya məxsus olan CŞFT rəsədxanası hazırda "Comet C.2017 U1"i müşahidə edir. Əgər "PanSTARRS1"la əldə olunmuş məlumatlar təsdiqlənərsə, Günəş sistemində ən qeyri-adi obyektin varlığı təsdiqlənəcək.

Günəş sistemi 8 böyük planet, Pluton və onlarla cırtdan planetlə yanaşı, çoxsaylı asteroidlər və kometalar, kiçik daşlı və buzlu səma cisimlərindən ibarətdir. Alimlərin indiyədək aşkarladıqları asteroidlərin əksəriyyəti Günəş sisteminin daxili hissəsində, Yupiter və Marsın orbitləri arasındakı "asteroidlər qurşağı"ndadır. Kometalar isə Günəş sisteminin ucqarındakı Oorta ulduz topasında yerləşir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yerə

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08