Müasir yataq otağının təkamülü - FOTO
Maraqlı
21 Noyabr 2017 21:44

Müasir yataq otağının təkamülü - FOTO


Şəksiz ki, 77 min il əvvəlki ilə bu günün yataq otağı arasında son dərəcə böyük fərq var. Evlərin təkamülü seriyasında Jonathan Glancey yataq otağının tarixinə nəzər salır.

Dünyanın ən qədim çarpayısının 77 min il yaşı var. Bu çarpayı, altı il əvvəl Yohannesburqda yerləşən Witwatersrand Universitetindən arxeologiya professoru Lyn Wadley-in rəhbərlik etdiyi arxeoloqlar komandası tərəfindən Cənubi Afrikada aşkarlanıb.

İki kvadrat metr ölçüdə olan bu çarpayı qamış və qarğılarla hörülüb və üzəri yarpaqlarla örtülüb. Bir ailəyə bəs edəcək qədər böyük olduğu qədər, dövrü üçün yəqin ki, rahat olub.

  • Yatmaq probleminin həlli - yemək?
  • Yuxu haqqında bildiklərimiz yanlış ola bilər
  • Neçə saat yuxu yatmalıyıq?

O dövrdən bu yana bizim yataq otağı ilə bağlı vərdişlərimiz son dərəcə yavaş inkişaf edib. Yataq çərçivələri bədənləri nəm və həşəratlarla dolu döşəmədən aralı tutsa da, dünyanın ilk çarpayısında yuxuya dalmaq yəqin ki, bir o qədər də asan olmayıb.

Самая старая кровать Британии: ей 400 лет, в ней спали 15 поколений. Посмотреть на нее можно в замке Беркли, что в ГлостерширеBritaniyanın ən qədim çarpayısı. 400 yaşlı bu çarpayı 15 nəslə xidmət edib və hazırda Gloucestershire-da yerləşən Berkeley qalasındadır

Yəqin ki, bəşər tarixi boyunca yataq bir dəfə - 17-ci əsrdə təkamül edib. O dövrdən bu yana yatmaq üçün xüsusi otaqlar ayrılmağa başlanıb.

Yataq otağı Avropa evlərinin dəyişən forması əsasında və özəl həyatın daha dəyərli və mümkün olduğu fikri inkişaf etdikdən sonra yaranıb.

Bu elə bir dövr idi ki, evlərdə dəhlizə açılan pilləkənlər qurulur və ya iç-içə otaqları dəhlizlər əvəz etməyə başlayırdı. Bundan qabaq isə hətta kral və kraliçaların belə, ən özəl anı çarpayıları ətrafında çəkilən pərdə arxasında olurdu.

Две японские девочки спят на традиционном футоне - практически на полу (рисунок XIX века)Tipik yapon evinin yataq otağı: iki yapon qız yerdə yatıblar, 19-cu əsr

Hətta var-dövlət və lüks həyatın yuxarı eşelonlara aid olduğu cəmiyyətlərdə - məsələn, qədim Roma - belə, yataq otaqları hücrə boyda olub. O zaman həyat, daha çox ictimai xarakter daşıyıb.

Buddist və xristian kahinlər uzun əsrlər boyu kommunal yataqxanalarda yatıblar. Eləcə də uşaqları yatılı məktəblərdə oxutmaq dəb olub uzun zaman.

Xəstəxanalarda hələ də xəstələr eyni palataları paylaşırlar. Nagaland, Amazon boyu və ya Papua Yeni Qvineyada birgə yatan qəbilələr hələ də mövcuddur.

Avropada böyük və otaqları birləşdirən uzun dəhlizli evlər erası çərçivəli çarpayılarla müşayiət olunub. Hələ də yenidən bərpa olunan ferma evləri və müasir karvansara tipli otellərdə bu cür çarpayılar görmək mümkündür.

Böyük Ware Çarpayısı (The Great Bed of Ware) Londonun Victoria və Albert Muzeyinin 1931-ci ildən bəri ən böyük eksponatlarından biridir. Çarpayı o qədər böyükdür ki, ona səkkiz nəfər sığar.

1580-ci ildə Hertfordshire-li xarrat Jonas Fosbrooke tərəfindən hazırlanan bu ekstraqavant çarpayı, Londonun şimalında yerləşən Ware qəsəbəsində uzun məsafəli araba səfərlərində istirahət nöqtəsi olan White Hart Mehmanxanasında uzun müddət müştəri cəlb edən bir alət kimi istifadə olunub.

В "Двенадцатой ночи" упоминается знаменитая "уэрская кровать" размером 3,38 на 3,26 метраShakespeare-in On İkinci Gecə (The Twelfth Night) və Andrew Motion-un Britaniya Qalereyaları (The British Galleries) şeirlərində Böyük Ware Çarpayısının adı çəkilib

Onun adı, Shakespeare-in On İkinci Gecə (1602), Ben Jonson-un Epikon və ya Səssiz Qadın (Epicoene or The Silent Woman, 1609) və müasir dövrdə Andrew Motion-un Britaniya Qalereyaları (2001) əsərlərində çəkilir.

Santexnika və müasir vanna otaqları yaranmamışdan əvvəl, yataq otaqları daha geniş olub. Belə ki, insanlar burada həm də yuyunarmışlar.

Ənənəvi yapon evlərində isə sürümə qapılar və açılıb-bağlanan divanlar sayəsində yataq otağını bir neçə dəqiqə içində oturma, yemək və iş otağına çevirmək olurdu.

На фотографии 1950-х - больница в Каракасе (Венесуэла). Заметно, что в середине прошлого века люди стали ценить приватность - даже в больницахVenesuelanın Karakas şəhərində 1950-ci illərdə xəstəxana palatası

İsveçrə-fransız əsilli memar Le Corbusier-in Parisdəki bir otaqlı mənzilindəki çarpayısı çox hündür olub. Ekssentrik səslənsə də, onun balışından binanın hasarı və Bois de Boulogne-ni görmək mümkün imiş.

Görünür ki, Scarlett O'Hara gözlüyü, örtüklər və pərdələr əvəzinə işıq və şəxsilik mühüm rol oyanyıb.

Əgər Le Corbusier-in fərdiləşdirdiyi Müasir Hərəkat dümağ və fasiləsiz funksional otaq kimi təcəssüm edilsəydi, yəqin ki, müasir dünyada yataq otaqları müasir sənaye məhsulları ilə dolu olardı.

Фотомодель возлегает на водяной кровати "Остров наслаждений" конструкции Аарона ДоннераAaron Donner tərəfindən dizayn edilmiş Həzz Adası su çarpayısı

1968-ci ildə San Francisco Dövlət Universitetində magistr tələbəsi olan Charles Prior Hall tərəfindən ixtira edilən su çarpayısı, 1971-ci ildə patent ala bilib.

O, əldə toxuma xalçalar və qəhvəyi və narıncı rəngli dekorlarla zəngin 70-ci illər yataq otaqlarının bir hissəsi olub. Populyarlığının pik nöqtəsini 1987-ci ildə yaşayan su çarpayıları, ABŞ-da daxili yataq bazarının 22%-ni zəbt etmişdi.

Britaniyada isə BBC telekanalının ən uzun müddət davam edən televiziya serialı Steptoe and Sonwhen-in 1974-cü ildə efirə gedən seriyasında yer alıb.

Qərb dünyasında şəxsi otaqlar tipik evlərdə əsas yer tutur: uşaqlar üçün oyun otağı, yeniyetmələr üçün gizlənmək yeri, iqtisad işçiləri üçün ofis və otel suitinə bənzər daxili vanna otaqları, lüks yorğanlar, televizorlar, zəif işıqlandırma və rəqəmsal alətlərlə müşayiət olunan 21-ci əsr yataq otaqları.

Обезоруживающая в своей откровенности инсталляция "Моя кровать" британской художницы Трейси Эмин (1998 г.) была продана на аукционе Christie's за 4,3 млн долларов.Tracey Emin-in 1998-ci ildə məşhurluq qazanan incəsənət əsəri Mənim Çarpayım (My Bed)

Gələcəyin yataq otaqlarında özünü təmizləyən döşək, biometrik sensorlar, holoqrafik əyləncə sistemləri olacağı düşünülür. Əfsus ki, texnologiya bizim yataq vərdişlərimizdə ikitərəfli qılınc rolunu oynayır.

Texnoloji yeniliklər bizi ən rahat yuxu üçün vasitələr ilə təmin edib, yataq otağımızda daha yaxşı mühit yaratmağımıza kömək olsa da, yuxumuza pis təsir göstərir.

Спальни сегодня стали в большей степени центром семейной жизни, а не просто местом для снаAdətən lüks mebellər və aksesuarlarla müşayiət olunan müasir yataq otaqları evdəki istirahət məkanımıza çevrilib

Texnoloji alətlərimizdən əks olunan mavi işıq, yuxu tənzimləyən hormonların ayrılması prosesinə müdaxilə edərək bədən saatımızı korlaya bilər. Yataq otaqlarımızdakı smartfonlar, tabletlər və oxuma cihazları yaxşı yuxu gigiyenasını sürətlə vızıltıya çevirib.

Bununla belə, insanların əksəriyyəti sadə və rahat yataq otağına üstünlük verir. Yəqin ki, 77 min il əvvəl Cənubi Afrikada düzəldilən ilk çarpayının verdiyi ulduzlar altında isti gecə anlayışı genlərimizi hələ də tərk etməyib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08