Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
Sağlamlıq
22 Noyabr 2017 15:18

Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR


Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Risk qrupuna təkcə ahıl yaşında olan pensiyaçılar daxil deyil. Görmə problemləri ilə daha çox gənclər, hətta körpə uşaqlar da üzləşir.

Operativ müdaxilə tələb olunursa, təəssüf ki, burada təbii müalicə üsulları və xalq vasitələri faydasızdır. Amma çoxlu metodikalar var ki, vaxtında profilaktikaya başladıqda onlar böyük kömək edir.

Görməni yaxşılaşdırmaq üçün vitamin

Torlu qişanın piqmentində A (retinol) vitamini var. Biz onun sayəsində pis işıqlandırılma zamanı görə bilirik. A vitamininin çatışmazlığı görmə qabiliyyətinin zəifləməsinə, hətta korluğa gətirib çıxara bilər. Vitaminin çatışmazlığı qlaukomaya, göz quruluğuavə konyunktivitliyə səbəb ola bilər.

Bəs bu vitamin hansı qidaların tərkibində tapılır?

витамины для глаз

Retinoluki üsulla qəbul etmək olar: təbii halda (heyvan mənşəli məhsullarla və ya bitkilər sayəsində) və A vitamini həbləri şəklində.

O qırmızı, sarı, narıncı rəngli bütün meyvə-tərəvəz və göyərtilərdə karotin var. Yadda saxlayın ki, A vitamini yağda həll olunan maddədir, odur ki, menyuda mütləq olmalıdır.

Publika.az bu yazıda oxucuları görmə ilə bağlı istənilən problemin ilk əlamətləri zamanı öz rasionunuza daxil etməli olduğunuz məhsullarla tanış edib.

Qara ciyər

печень

Bu məhsula biganə yanaşmağa dəyməz! 100 qram mal əti və toyuq qaraciyərində kifayət qədər A vitamini var. Həmçinin morina balığının ciyərini də çox faydalı hesab edirlər. Buraya əvəzolunmaz yağlar, A, D, E, C vitaminləri və fol turşusu daxildir.

Təzə göyərti

петрушка

Cəfəri, ispanaq, turşəng, çöl sarımsağı, göy soğan retinolla bol bitkilərdir. Odur ki, yeməklərə mütləq göyərti əlavə edin və yaşıl salat haqqında unutmayın!

Qovun

дыня

Bu şirin çərəz təkcə A və C vitamini ilə zəngin deyil, həm də В2, В1, РР vitaminləri, kalium, natrium, kalsium və dəmir ehtiva edir. Yeri gəlmişkən onu da qeyd edək ki, qovunda kalsium və dəmir süddən 17 dəfə çoxdur.

Kök

морковь

Bu məhsulun faydası ilə uşaqlıqdan tanışıq. Şəfalı xassələri kökün zəngin tərkibi ilə izah olunur.

Şirin kartof

баттат

Şirin kartof çox məşhur olmasa da, xüsusi diqqətə layiqdir. Onda B, C PP, A vitamini, həmçinin kalsium, fosfor, karotin var. Şirin kartofu bazarda tapa bilərsniz, onunla çox dadlı və faydalı yeməklər hazırlamaq olar.

Pomidor

баттат

Əgər gündə bir stəkan pomidor şirəsi içsəniz, A və C vitamini çatışmazlığı barədə həmişəlik unuda bilərsiniz.

Ərik

курага

Əriyi uşaqlar da, böyüklər də sevir. Bu faydalı meyvəni mövsümündə tez-tez alıb yeyin. Qışda isə qaysı qurusu faydalıdır.

İtburnu

курага

İtburnu müalicəvi xassələri olan faydalı bitkidir. Onun faydalı xassələrini saymaqla qurtarmaq olmaz! Şəfalı giləmeyvə kalsium, kalium, dəmir, maqnezium, В2, E, K, eləcə də C, P vitamino, karotin ehtiva edir. Bu bitki xüsusilə qış xəstəlikləri dövründə aktualdır. İtburnudan ətirli içki kimi istifadə etmək daha yaxşıdır.

Ana təbiət müxtəlif xəstəliklərin öhdəsindən gəlməyə kömək edən təbii məhsullarla zəngindir, odur ki, onların qədrini bilin və qoruyun.

Aytən

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13