Azərbaycanda maliyyə amnistiyasının elan olunması təklif edilir
İqtisadiyyat
22 Noyabr 2017 16:41

Azərbaycanda maliyyə amnistiyasının elan olunması təklif edilir


Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycanda maliyyə amnistiyasının elan olunması məqsəduyğundur. İnsanlar devalvasiyadan əziyyət çəkiblər. Bu problemi həll etmək lazımdır. Amnistiya olmalıdır ki, kapital ölkənin daxilinə sərf olunsun".
"Report"un verdiyi xəbərə görə, bu barədə deputat Tahir Kərimli parlamentin bugünkü plenar iclasında 2018-ci ilin dövlət zərfinin müzakirəsi zamanı bildirib.
"Azərbaycan hər il 450 mln. dollar həcmində, büdcə kəsirimiz qədər nəzərədə tutulmayan bonus ala bilir. Büdcənin xərclər hissəsini artırmaq mümkündür. Xərclərdəki artımı da 20%-ə yüksəltmək olar", - deyə millət vəkili əlavə edib.
Deputat bildirib ki, parlamentdə təmsil olunan partiyalara büdcədən ayrılan vəsait artırılmalıdır: "Bunun nəticəsində müəyyən qədər aktiv əhali işlə təmin oluna bilər".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08