Onunla daim söhbətləşirəm - Tənqidlərə fikir vermir
İdman
22 Noyabr 2017 19:14

Onunla daim söhbətləşirəm - Tənqidlərə fikir vermir


"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının hücumçusu Kərim Benzema barədə danışıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Benzema uzun müddət qol vura bilmədiyi üçün tənqid olunurdu. Hücumçu Çempionlar Liqasında APOEL-lə keçirilən qarşılaşmada dubl edib. Zidan Benzemanın tənqidlərə fikir vermədiyini vurğulayıb:

"İlk növbədə onu deməliyəm ki, Benzema ilə daim söhbətləşirəm. O cümlədən, digər futbolçularla da. Ancaq onu da deyim ki, Benzema da mənim kimi çox danışmağı sevmir.

O, emosiyalarını özündə saxlamağa çalışır. Ona görə də hesab edirəm ki, tənqidlər onu o qədər də narahat etmir.

Benzema hansı klubda oynadığını yaxşı anlayır. O, güclü futbolçudu. Belələrindən isə biz daim çox şey gözləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13