Həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib
Ölkə
22 Noyabr 2017 20:57

Həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib


Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, narkomanlığa qarşı mübarizəyə dair işlərin görülməsi, əhalinin,xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə yazıçının "Tütünçəkmə barədə hər şey", "Alkoqol-sağlam həyat tərzinin düşməni" və "Narkotik-maddə ailəvi qırğın silahı" adlı kitablarının təqdimatı baş tutub.

Tədbirdə millət vəkili Fazil Mustafa, əməkdar artist Eldost Bayram, “Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirələkbər Seyidov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları və başqaları iştirak ediblər.

Həkim-yazıçı Asif Kəngərli alkoqolizm və narkotikin insan orqanizminə ziyanlarından, onunla necə mübarizə aparmağın yollarından, zərərli olduğu bilindiyi halda niyə sürətlə artdığının səbəblərindən söhbət açıb.

Çıxış edənlər dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə, təbliğat işlərinin aparılması, bu mövzuda kitabların rolu və mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Asif Kəngərlinin müəllifi olduğu “Bəla” pyesindən fraqmentlər nümayiş olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13