Kral sarayında fövqəladə toplantı: Şahzadə öldü? - İDDİA
Dünya
4 May 2017 12:28

Kral sarayında fövqəladə toplantı: Şahzadə öldü? - İDDİA


Böyük Britaniyanın Bukinhem sarayında gecəyarısı fövqəladə toplantı keçirilib.

Publika.az xəbər verir ki, narahatlıq yaradacaq bir hadisənin baş vermədiyi açıqlansa da, ölkə mediası şahzadə Fillippin öldüyünü iddia edib.

Bukinhem sarayında toplantının gecə saat 3 radələrində keçirildiyi bildirilir. Sarayın rəsmi səlahiyyətliləri əlavə şərh verməkdən imtina ediblər. “Röyters” agentliyinin xəbərinə görə, mənbələr Kraliça II Elizabet və əri şahzadə Filippin sağlamlığı ilə bağlı narahatlıq yaradacaq məqamın olmadığını bildiriblər.

Xəbərə görə, şahzadə Filippin həyatını itirməsi halında saraydakı bayraqlar endirilməli idi. Ancaq hazırda bu, müşahidə edilimir.

Qeyd edək ki, kraliça 91, şahzadə isə 95 yaşındadır.

Ömər

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08