Seksə ara versəniz, nə olar? – QADINLAR OXUSUN
Ölkə
20 May 2017 19:44

Seksə ara versəniz, nə olar? – QADINLAR OXUSUN


Cinsi həyatın həm kişilərin, həm də qadınların sağlamlığına nə qədər faydalı olduğu məlumdur. Kifayət qədər sekslə məşğul olmamaq bütün bədənə və psixologiyaya təsir edir. Bunun xüsusən kişilərin sağlamlığına mənfi təsir etdiyi deyilir. Maraqlıdır, bəs qadın sekslə məşğul olmadıqda orqanizmində nə baş verir?

Milli.Az lent.az-a istinadən bu suala mütəxəssislərin cavablarını təqdim edir.

Libido itir
 
Sekslə kifayət qədər məşğul olmadıqda cinsi aktivliyinizi itirərsiniz. Seksdən uzaq duran insanların vaxt keçdikcə iştahı itir. Necə deyirlər, gözdən uzaq olan könüldən də iraq olar.
 
Vaginal divarlar zəifləyər

 
Bu hal xüsusilə menopauza keçirən qadınlara aiddir. Daimi olaraq cinsi əlaqəyə girmədikdə vaginal divarlar nazilir və cinsi əlaqə zamanı ağrı verməyə başlayır. Mütəxəssislərin fikrincə, nizamlı seks menopauza dövründə vaginal sağlamlıq üçün vacibdir.
 
Vagina dayanıqlığını itirir
 
Xüsusilə orta yaşlı qadınlar seksə ara verdikdə vagina dayanıqlığını itirdiyi üçün seks olduqca ağrı verir. Bunun səbəbi estrogen hormonunun kifayət qədər olmamasıdır. 20-30 yaş arasında qadınlar kifayət estrogen hormonu ifraz etdikləri üçün sekslə məşğul olduqda toxumalar sağlam, elastik və hamar qalır.
 
Menstruasiya sancılarını artırır
 
Bir çox qadınlar menstruasiya dövründə seksə ara verir. Əslində elə bu dövrdə sekslə məşğul olmaq məsləhətdir. Çünki seks menstruasiya sancılarının qarşısını ala bilər. Orqazm olduqda uşaqlıq kontraksiyası yaşanır və bu vəziyyət qanın daha tez boşalmasını təmin edir. Bu da sancıları azaldır. Eyni zamanda, orqazm endorfin ifrazını təmin edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14