Google trafikə qənaət edəcək
Maraqlı
2 Dekabr 2017 8:24

Google trafikə qənaət edəcək


"Google" şirkəti vəzifəsi istifadəçilərə mobil rabitə operatorunun internet paketi tarifinə daxil edilən trafikin hara sərf olunması ilə bağlı suala cavab tapmaqda köməyin göstərilməsi olan yeni "Android" əlavəsi təqdim edib. "Datally" adlanan əlavəni "Google Play" mağazasından pulsuz yükləmək mümkündür.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni alət smartfondan gündəlik (gün, həftə, aylar üzrə) istifadə zamanı mobil məlumatların nəyə sərf olunmasını göstərməklə yanaşı, onlardan istifadəni optimallaşdırmağa kömək edəcək. "Datally" trafiki daha çox sərf edən əlavələr siyahısını göstərərək onların bunu adətən günün hansı vaxtında etməsi barədə məlumat verəcək.
Məlumata görə, konkret istifadəçi tərəfindən trafikin istifadə xüsusiyyətlərini təhlil edən yeni "Google" əlavəsi məlumatların sərf edilməsinin azaldılması üsullarını tövsiyə edəcək. Proqram, məsələn, yaxınlıqdakı ümumi "Wi-Fi" şəbəkələrinə qoşulmaqla bağlı məsləhətlər verəcək. Bundan başqa, şəbəkələrin təsviri ən keyfiyyətli variantı seçməyə kömək edəcək istifadəçi rəylərinə malikdir.
 
Bildirilir ki, "Datally" proqramında əsas alət məlumatların ötürülməsini hazırda istifadə olunan istisna olmaqla bütün əlavələr üçün bloklayan, ya da bunu seçmə üsulu ilə edən "data saver" funksiyasıdır. Eyni vəzifələri bu və ya digər şəkildə quraşdırılmış "Android" vasitələri ilə həll etmək mümkün olsa da, lazımi funksiyalar "Sazlama" menyusunun dərinliklərindədir və onlar barədə məlumata çox vaxt yalnız bilikli istifadəçilər malik olurlar.  
 
"Datally" əlavəsi onların hamısını anlaşılan və rahat interfeysdə - smartfonda mobil məlumatların "idarəetmə mərkəzi"ndə birləşdirib. Əlavənin gələcək versiyalarında tərtibatçılar mobil rabitə operatorunun balansının monitorinqini və mobil məlumatlardan istifadə haqqında xəbərdarlığı əlavə etməyi planlaşdırırlar.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08