Kompüter qurğuları bazarı kiçilir
Maraqlı
2 Dekabr 2017 8:34

Kompüter qurğuları bazarı kiçilir


"IDC" analitik şirkətinin proqnozuna görə, 2017-ci ildə ənənəvi fərdi kompüterlər (masaüstü sistemlər, noutbuklar və işçi stansiyalar) və planşetlər (klassik və hibrid form-faktor) daxil olmaqla FK qurğularının qlobal tədarük həcmi 2,7% azalaraq 423,3 milyon təşkil edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2018-ci ildə kompüter qurğularının tədarük həcmi 4% azalacaq və 2021-ci ildə isə bu göstərici 393,9 milyona düşəcək. 2017-2021-ci illərdə CAGR (orta illik artım sürəti) göstəricisi mənfi olacaq və -2% təşkil edəcək.

FK seqmentini ayrı-ayrılıqda xarakterizə edən mütəxəssislər bildiriblər ki, ənənəvi kompüterlərin tədarük həcmi 2016-cı ildə 260,2 milyondan 2021-ci ildə 248,1 milyonadək azalacaq, yəni orta hesabla hər il tədarük həcmi 0,9% aşağı düşəcək.

Ümumilikdə fərdi kompüter qurğuları bazarında iki seqmentdə (masaüstü FK və klassik planşetlər) mənfi trend müşahidə olunacaq. Mütəxəssislər digər üç kateqoriyada (noutbuklar, hibrid planşetlər və işçi stansiyalar) tədarük həcminin artımını proqnozlaşdırırlar.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08