Dünyada 600 milyon qurğu sistemlə işləyir
Maraqlı
2 Dekabr 2017 8:34

Dünyada 600 milyon qurğu sistemlə işləyir


"Microsoft" korporasiyasının əsas icraçı direktoru Satya Nadella 2017-ci ildə ikinci dəfə şirkətin qabaqcıl əməliyyat sistemindən istifadəsi üzrə rəsmi statistikanı səsləndirib. Beləliklə, hazırda 600 milyon qurğu "Windows 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bu qiymətləndirməyə noutbuklar, "Xbox One" oyun konsolları, "Surface Hub" qurğuları, hətta "HoloLens" artırılmış reallıq qarniturları daxildir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Microsoft" şirkəti ilk öncə 2018-ci ilin əvvəlinədək "Windows 10" sistemi ilə işləyən qurğuların sayını 1 milyarda çatdırmağı planlaşdırırdı. Amma sözügedən sistem şirkət rəhbərliyinin istədiyi kimi geniş yayılmadığından şirkət hələ ötən il ilkin planlardan imtina etməli olub. Artıq hər kəsə məlum idi ki, "Windows 10" platformasının 1 milyard qurğuya quraşdırılması üçün müəyyən qədər vaxt lazımdır.

2017-ci ilin əvvəlində "Windows 10" sistemi 500 milyon qurğuya quraşdırılıb. Bir müddət əvvəl "Microsoft" şirkəti "Windows Phone" mobil əməliyyat sisteminin dəstəyindən imtina edib, ona görə yaxın vaxtlarda "Windows 10" sistemli tamamilə yeni smartfonların təqdim ediləcəyini gözləmək lazımdır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08