Facebook-a daxil olmaq üçün selfi istənilə bilər
Maraqlı
2 Dekabr 2017 8:44

Facebook-a daxil olmaq üçün selfi istənilə bilər


"Facebook" sosial şəbəkəsi tezliklə ənənəvi fotoşəkil kodunun daxil edilməsini istifadəçinin "selfie" üzrə identifikasiyası ilə əvəzləyə bilər.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bəzən "Facebook"a daxil olan zaman sosial şəbəkə istifadəçinin üzünün dəqiq göründüyü fotoşəkili tələb edir. Tanınma sistemi identifikasiya uğurla başa çatandan sonra fotonun silinəcəyini bildirir.
 
"Facebook" nümayəndələrinin sözlərinə görə, tədbirlər şübhəli fəallığı məhdudlaşdırmaq və istifadəçi məlumatlarını qorumaq üçün tətbiq edilir. Oxşar tələb çoxlu dostlar əlavə olunanda, ödəniş funksiyalarının qurulması və ya reklam elanlarının yaradılması zamanı görünə bilər. "Selfie" kodlu fotoşəkildən daha etibarlıdır və fərdi informasiyanı üçüncü şəxslərdən mühafizə edir.
 
Bildirilir ki, fotoşəkil "Facebook"un təqdim etdiyi yeganə identifikasiya üsulu olmasa da, indiyədək hansı hərəkətlərin şübhəli kimi qiymətləndiriləcəyi və istifadəçi sifətlərinin fotoşəkilinin neçə dəfə çəkilməsinin tələb olunacağı aydın deyil. Sosial şəbəkə əməkdaşları yeniliyin mütləq olacağı ilə bağlı sualı cavabsız qoyublar. "Facebook"a girişin tezliklə "selfie" ilə olacağı ehtimal edilir.
 
Dəyişikliklər sosial şəbəkə servislərindən istifadəni çətinləşdirməklə aktiv istifadəçi sayının azalmasına səbəb ola bilər.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08