Məlumat sızmaları artır
Maraqlı
2 Dekabr 2017 8:44

Məlumat sızmaları artır


"InfoWatch" şirkəti yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların məlumat sızmalarının öyrənildiyi kompleks tədqiqatın nəticələrini açıqlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər tərəfindən informasiya texnologiyaları şirkətlərinə məxsus həm itirilən məlumatların sayında, həm də oğurlanan informasiyanın həcmində artım qeydə alınıb. Daha çox sadə vətəndaşların və şəbəkə servis istifadəçilərinin informasiyası üçüncü şəxslərin əlinə keçib.
 
Tədqiqatdan məlum olub ki, 2016-cı ildə yüksək texnologiyalar sahəsi üzrə təşkilatlarda məlumat sızmasının sayı 2015-ci illə müqayisədə təxminən 3 dəfə artıb. Bununla yanaşı, ələ keçirilən informasiyanın həcmi səkkiz dəfə çoxalıb.  
 
Bildirilir ki, ötən il dünyada oğurlanan məlumatların təxminən dörddə üç hissəsi (2,3 milyard qeyd) İT şirkətlərinin payına düşüb. Bu məlumatların təxminən 73 faizini vətəndaşların fərdi məlumatları təşkil edib.
 
2016-cı ildə 30 "meqa sızma" insidenti qeydə alınıb. Onların hər biri 10 milyondan çox qeydin oğurlanmasına səbəb olub. Maraqlıdır ki, yüksək texnologiyalar sahəsində oğurlanan məlumatların 95 faizi məhz bu insidentlərin payına düşüb.  
 
Məlumata görə, 2016-cı ildə İT təşkilatlarında informasiyanın qəsdən sızdırılması hallarının sayında, eləcə də fırıldaqçılıq və ya inzibatçılıq səlahiyyətlərini aşma ilə əlaqədar ixtisaslaşdırılmış sızmaların payında artım müşahidə edilib.   
 
Ekspertlər qeyd edir ki, ümumilikdə məlumat sızmalarının sayında cüzi artım fonunda itirilmiş informasiyanın həcmində yüksək artım cinayətkarlar - ilk növbədə mütəşəkkil cinayətkar qruplar tərəfindən geniş məlumat bazasına malik təşkilatlara yüksək diqqətdən xəbər verir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08