Abşeronda maşın elektrik dirəyinə çırpılıb,  sakinlər işıqsız qalıb - FOTO
Ölkə
2 Dekabr 2017 8:54

Abşeronda maşın elektrik dirəyinə çırpılıb, sakinlər işıqsız qalıb - FOTO


Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Hüseynov İdris Elxan oğlu idarə etdiyi "10-MF-363" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil ilə Zəngilan şəhərciyinə gedə yolda hərəkətdə olarkən qarşısına yolun bir hissəsində təmir tikinti işlərinin aparıldığı sahə çıxıb.
Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları maşının sürüşməsinə səbəb olub. Nəticədə BMW yol kənarındakı işıq dirəyinə çırpılıb və naqillərdə yaranan qısa qapanma şəhərciyi müvəqqəti olaraq işıqsız qoyub. Sürücü ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, yolun qaranlıq hissəsində aparılan təmir-tikinti işləri zaman heç bir yol nişanı qoyulmayıb. Sakinlər baş verən hadisədən sonra əraziyə sürət həddini aşağı göstərən yol nişanını həmin əraziyə yerləşdiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Avtomobil deformasiyaya uğradığından cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin














loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08