1 milyard insan 5G-dən istifadə edəcək
Maraqlı
2 Dekabr 2017 8:54

1 milyard insan 5G-dən istifadə edəcək


Bu yaxınlarda təqdim edilmiş "Ericsson Mobility Report" hesabatına əsasən, artıq 6 il sonra 1 milyard insan (dünya əhalisinin 20%-i) 5G texnologiyasından istifadə edəcək. "LTE" şəbəkəsinin əhatə dairəsi isə 85%-ə yaxınlaşacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ilk öncə daha sıx məskunlaşmış şəhər və rayonlarda tətbiq ediləcək 5G texnologiyası 2023-cü ilin sonunadək dünya əhalisinin 20%-i tərəfindən istifadə ediləcək. Artıq 2019-cu ildə 5G texnologiyasına əsaslanan ilk kommersiya şəbəkələri əlçatan olacaq, 2020-ci ildən isə sözügedən texnologiya geniş yayılacaq. İlk olaraq ABŞ, Cənubi Koreya, Yaponiya və Çin sakinləri bu rabitə protokolunun üstünlüklərindən istifadə edə biləcəklər.

Proqnozlara görə, həmin dövrdə mobil məlumatların trafiki 8 dəfə artacaq və 2023-cü ilədək ayda 110 eksebayta yaxınlaşacaq. Bu, HD formatında 5,5 milyon il videoyayım deməkdir. Trafik artımı bütün regionlarda nəzərə çarpacaq. Lakin Şimali Amerikada 2017-ci ilin sonunadək smartfonda aylıq orta göstərici 7 QB-ı ötəcək.

Mobil trafikin həcminin yüksəlməsi video istehlakını artırmağa davam edir. Video formatının əsas istehlakçısı 15-24 yaşlı gənclərdir. Bu format yeni texnologiyalarla (məsələn, 360 dərəcəlik baxış) vəhdətdə sərf edilən məlumatların həcmini bir neçə dəfə artıracaq.

Hesabatda deyilir ki, LTE ilin sonunadək əsas texnologiya olacaq. 2023-cü ilədək bu texnologiyanın əhatə dairəsi 5,5 milyard istifadəçidən ibarət olacaq.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08