Rəşad Sadiqov: "Belə çıxır ki, "Neftçi" ilə hər oyunda bilərəkdən uduzurlar?"
İdman
2 Dekabr 2017 9:44

Rəşad Sadiqov: "Belə çıxır ki, "Neftçi" ilə hər oyunda bilərəkdən uduzurlar?"


"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqanın XIV turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Son illərin çempionuna qarşı oynayırdıq. "Qarabağ"ın gücünə bələd idik. Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, ilk hissəyə pis başladıq. Futbolçularımızda qorxu var idi, "Qarabağ"ın adından çəkindilər. Qol buraxandan sonra, əsasən də 2-ci hissədə komanda toparlandı. Yaxşı futbol sərgiləsək də, məğlub olduq.

- Bu məğlubiyyət "Neftçi"yə nə dərəcədə təsir göstərəcək?
- 3 xal da götürə bilərdik, 1 xal da. Bizim üçün hazırda hər xal qızıla bərabərdir. Avroliqaya düşmək uğrunda mübarizə aparırırıqsa, hər bir komandadan xal almağa borcluyuq.

- Özün də dedin ki, futbolçular "Qarabağ"ın adından çəkindilər. Ümumiyyətlə, bu xofu atmaq üçün nə etmək lazımdır?
- Bəzi futbolçularda bu gendən gəlir. Nə qədər desən də, xeyiri yoxdur. Özlərindən asılı deyil. Oynadıqca bunu üzərlərindən atacaqlar.

- Bu gün Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məlum qalmaqalında "Neftçi"nin də adı hallanır. Sən özün "Keşlə" ilə oyunda nə isə hiss etmisənmi?
- Açığı, elə bir şey edəcəklərinə inanmıram. Klub 4-5 oyun udan kimi söz-söhbətlər ortaya atılır. O vaxt "Neftçi" Avroliqanın qrupuna düşəndə də bu cür hallar baş vermişdi. "Qarabağ" yaxşı oynayanda başqa söhbətlər çıxardırlar. Yenə "Neftçi"dən danışmağa başlayıblar. Əgər əllərində sübut varsa, lazım olanı edəcəklər.

- Səncə, 2 yarımmüdafiəçinin oyunu satması nə dərəcədə realdır?
- İnanmıram. Çünki komandanın əsas aparıcı qüvvəsi yarımmüdafiə və müdafiə xəttidir. Komanda şəklində və ya tək-tək belə bir şey etmələri inandırıcı gəlmir.

- Amma Mirhüseyn Seyidov özü hər şeyi etiraf edib...
- Onun niyə belə etdiyini bilmirəm. Bunu özündən soruşmaq lazımdır. Ola bilər, söhbət edib, kimsə özündən uydurub. Açıq danışaq, hər iki tərəfi dinləmək lazımdır. Ola bilər, rəhbərlik nəsə deyər. Aralarında gərginlik ola bilər. Burada söhbət təkcə "Keşlə"dən getmir. İstənilən komandada rəhbərliklə futbolçular arasında fikir ayrılığı ola bilər. Hər iki tərəfi dinləyib, həqiqəti üzə çıxarmaq lazımdır. Belə şeylərə həssas yanaşmaq lazımdır.

- Günahları sübuta yetirilsə, onlar haqda verilən qərarı ədalətli saymaq olar?
- Günahları varsa, qərar ağır deyil. Həmişə demişəm, oyun satan futbolçu varsa, birmənalı olaraq, kənarlaşdırmalısan. Çünki komandada 20-dən çox futbolçu olur. 1-2 nəfər onların əziyyətini heç edəcəksə, kənarlaşdırılmalıdırlar. Bunlar həqiqətdirsə, AFFA düz edir. Mən də bu cür şeylərin əleyhinəyəm.

- Az öncə qeyd etdin ki, "Neftçi" ardıcıl qələbələr qazandıqca bu cür söz-söhbətlər ortaya atılır. Demək istəyirsən ki, bu məsələdə "Neftçi"nin adının hallanması kluba qarşı növbəti təxribatdır?
- Gəlin belə danışaq. Onları birinci dövrədə də 2:0 hesabı ilə məğlub etmişdik. Orada nəsə olmuşdu? Açıq futbol getdi, üstün olduq, məğlub etdik. Ötən mövsüm də "Neftçi" "İnter"i məğlub edib. Onda belə çıxır ki, bizimlə hər oyunda bilərəkdən uduzurlar? Bu cür büdcə ilə komandanı qura bilməzsən. Ona görə də məğlubiyyətlər qaçılmazdır.

- Bununla bağlı həmin futbolçularla söhbət edəcəksən?
- Hələ danışmamışıq. Mütləq söhbət edəcəm. Əvvəlcə araşdırmaq lazımdır. Sonra lazım gələrsə, dəstəyimizi verəcəyik.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08