Zaqatalada ev yandı
Ölkə
2 Dekabr 2017 9:54

Zaqatalada ev yandı


Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın bu gecə saat 01:00 radələrində rayonun Suvagil kəndində, kənd sakini Arif Saleh oğlu Əhmədova məxsus, ümumi sahəsi 72 kv.m. ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
 
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.
 
Yanğın zamanı evin çardaq hissəndə, odun sobasının ətrafının yanar konstruksiyaları 6 kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08