İsrail "Dəmir günbəz"i dənizdə sınadı - VİDEO - FOTO
Maraqlı
2 Dekabr 2017 10:24

İsrail "Dəmir günbəz"i dənizdə sınadı - VİDEO - FOTO


İsrail ordusu "İron Dome" ("Dəmir günbəz") hava hücumundan müdafiə sisteminin dəniz versiyasını sınayıb.

Sınaqlar uğurla başa çatıb.

Milli.Az İsrail Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, sınaqlar bir neçə gün davam edib. "İron Dome"un dəniz versiyası ilə dənizdəki qazma qurğularının müdafiəsi üçün nəzərdə tutulmuş gəmilər təchiz olunacaq.

"İron Dome"un dəniz versiyasını indiyədək bu sistemin "quru" versiyasını istehsal edən "Rafael" şirkəti hazırlayıb.

İvrit dilində adı "Kipat barzel" olan "Dəmir günbəz"in dəniz versiyasını sınaqlar zamanı "Saar-5" tipli "Lahav" korvetində yerləşdiriblər.

Antiraketlər olan buraxılış qurğusu gəmidəki helikopter platformasında idi. Hədəfləri "Israel Aerospace Industries"in hazırladığı "ELM-2248 Adir" radiolokasiya stansiyası aşkarlayıb. Bu stansiya "Dəmir günbəz"in idarəetmə sistemlərinə inteqrasiya edilmişdi.

Sınaqlar zamanı "Dəmir günbəz"in dəniz versiyası sahildən buraxılan və 122 mm çaplı "Qrad" raketlərini imitasiya edən mərmiləri uğurla vurub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İsrail

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08