Daha 3 idmançıya AĞIR CƏZA
İdman
2 Dekabr 2017 10:38

Daha 3 idmançıya AĞIR CƏZA


Beynəlxalq Olimpiya Komitəsi (BOK) 3 idmançını ömürlük idmandan uzaqlaşdırıb.

Publika.az xəbər verir ki, idmançıların 2014-cü ildə Soçi Qış Olimpiadasında mübarizə aparan zaman dopinqdən istifadə etməsi aşkarlanıb.

BOK-dan verilən açıqlamaya görə, xizək yarışı kateqoriyasında qüvvəsini sınayan Yuliya Çekaleva və Anastasiya Dotsenko ilə Olqa Zaytseva idmandan ömürlük uzaqlaşdırılıb.

Komitə dopinq nümunələri yenidən analiz edilən idmançıların sayının 36-ya çatdığını da qeyd edib. Beləliklə, son 1 ay ərzində dopinqdən istifadə etdiyinə görə 25 idmançı cəzalanıb.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi daha öncə də Soçi Olimpiadasında qızıl və gümüş mükafatlar qazanan 5 idmançını yarışlardan ömürlük kənarlaşdırmışdı.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08