Abşeronda təmir işləri gedən yolda maşın elektrik dirəyinə çırpılıb, sakinlər işıqsız qalıblar
Ölkə
2 Dekabr 2017 10:46

Abşeronda təmir işləri gedən yolda maşın elektrik dirəyinə çırpılıb, sakinlər işıqsız qalıblar


Video əlavə olunub

*** 05:03
Bakı. 2 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Hüseynov İdris Elxan oğlu idarə etdiyi "10-MF-363" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil ilə Zəngilan şəhərciyinə gedə yolda hərəkətdə olarkən qarşısına yolun bir hissəsində təmir tikinti işlərinin aparıldığı sahə çıxıb.
Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları maşının sürüşməsinə səbəb olub. Nəticədə BMW yol kənarındakı işıq dirəyinə çırpılıb və naqillərdə yaranan qısa qapanma şəhərciyi müvəqqəti olaraq işıqsız qoyub. Sürücü ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, yolun qaranlıq hissəsində aparılan təmir-tikinti işləri zaman heç bir yol nişanı qoyulmayıb. Sakinlər baş verən hadisədən sonra əraziyə sürət həddini aşağı göstərən yol nişanını həmin əraziyə yerləşdiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Avtomobil deformasiyaya uğradığından cərimə meydançasına yerləşdirilib.












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08