Azərbaycanda dəhşətli hadisə: Keçmiş qayınatasını evində öldürdü
Digər
2 Dekabr 2017 10:47

Azərbaycanda dəhşətli hadisə: Keçmiş qayınatasını evində öldürdü


Biləsuvar rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Ramil Nofəl oğlu Biləsuvar rayonu Təzəkənd kəndində keçmiş qayınatası 49 yaşlı Əlican Ağayevi bıçaqlayaraq öldürüb. O, daha sonra polis şöbəsinə gedərək törətdiyi əməl barəsində məlumat verib və təslim olub.

 

Bildirilir ki, hadisəni törədən 34 yaşlı Ramil bir müddət əvvəl həyat yoldaşından boşanıb. O, dünən axşam saat 19 radələrində keçmiş qayınatasının evinə gedib və burada münaqişə baş verib.

 

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08