Azərbaycandan bölgədəki təhlükəsizliyə dəstək
Ölkə
2 Dekabr 2017 11:24

Azərbaycandan bölgədəki təhlükəsizliyə dəstək


Azərbaycanın Əfqanıstana dəstəyi bölgənin təhlükəsizliyinə xidmət edir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, dekabrın 1-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin "Asiyanın Qəlbi - İstanbul Prosesi" adlı beynəlxalq konfransa qatılan rəsmi şəxslərlə görüşlərdən ikisi diqqət çəkirdi. Bunlardan birincisi, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi ilə görüş idi:

"Görüşdə iki ölkə arasında artan əməkdaşlıqdan danışıldı. İranın xarici işlər naziri Bakıdan əvvəl İrəvanda olmuşdu və onun Ermənistanın bölgədə oynadığı "sülhpərvər" rolu barədəki fikir Azərbaycanda birmənalı qarşılanmadı. Azərbaycan torpaqlarını işğal edən dövlət necə "sülhpərvər" ola bilər?! Buna baxmayaraq, rəsmi Bakı Tehranla münasibətlərdə problem yaşamaq istəmir. İki ölkəni böyük regional layihələr birləşdirir. Bu layihələr isə İranın Ermənistanla həyata keçirdiyi layihələrdən dəfələrlə böyükdür. İndi əsas vəzifə Ermənistan ətrafında iqtisadi və nəqliyyat blokadasının gücləndirilməsidir".

Politoloqun fikrincə, diqqəti cəlb edən digər görüş Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə oldu:

Prezident İlham Əliyev: "Azərbaycan-Əfqanıstan əlaqələri çox uğurla inkişaf edir"

"Azərbaycan Əfqanıstana hərtərəfli dəstək verir. Bu dəstək bir neçə hissədən ibarətdir. Birincisi, Azərbaycan Əfqanıstandakı sülhəmarlılarının sayını artırmaq istəyir. Hazırda sülhməramlı qüvvələrin tərkibində 94 hərbçimiz qulluq edir. Əfqanıstan prezidenti Bakıda azərbaycanlı hərbçilərdən məmnun olduğunu bildirdi.

İkincisi, NATO Əfqanıstana yük daşımalarını Azərbaycanın hava səmasından istifadə etməklə həyata keçirir. "NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz (İlham Əliyev) öz dəhlizinizi açdınız" - bu fikir də Əfqanıstan prezidentinə məxsusdur.

Üçüncüsü, Azərbaycan Əfqanıstana zaman-zaman maliyyə yardımı da ayırır.
Bundan başqa, əfqan məmurlar Azərbaycanda ixtisasartırma kurslarında iştirak edirlər. Azərbaycanda populyarlıq qazanan "ASAN xidmət"in Əfqanıstanda tətbiqi üzərində çalışmalar davam edir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan Əfqanıstanda bir sıra iqtisadi layihələr də reallaşdırmaq istəyir".

E.Şahinoğlu hesab edir ki, Azərbaycanla Əfqanıstan arasında sıx siyasi münasibətlər formalaşıb: "Azərbaycan Əfqanıstana hər istiqamətdə dəstək verməyə hazırdır. Öz növbəsində, Əfqanıstan Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək ABŞ tərəfindən də yüksək qiymətləndilir. Çünki ABŞ-ın Avrasiyada başlıca məqsədlərindən biri Əfqanıstanda terrorizmin qarşını almaq və bu ölkədə sabitliyin bərpasına nail olmaqdır. Bu işdə Azərbaycan faktiki Vaşinqtona da yardım edir. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır, bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır və onlar bu işdə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08