"Səhra kimi uzanardım altında" - Aysel Əlizadə - FOTO
Ölkə
2 Dekabr 2017 11:34

"Səhra kimi uzanardım altında" - Aysel Əlizadə - FOTO


Tanınmış gənc şairə Aysel Əlizadənin Facebook profilində paylaşdığı erotik şeiri son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələyə çevrilib.

Milli.Az bunu nəzərə alaraq Ayselin iki şeirini təqdim edir:

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı 
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.
Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu 
alnımdan boynuma 
dodağınla cizgi çəkərdin, 
başımı geri atıb aşağı ötürüb 
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə. 
Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı. 
Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın, Sənə bir İsa doğardım ki...

Aysel Əlizadənin II şeiri:

Hər ay
bətnində qanlı savaş başlayır qadının.
Alınmaz qalaya çevrilir bədəni.
Biz qadınlığımızı qanla ödəyirik, siz anlamazsız bunu...
Yaralı əsgər kimiyik.
Həyatımız savaşlarda keçir.
Biz azadlığı döyüşərək alırıq. 
Hər yerimizdən yaralanırıq. 
Qazanmağına qazanırıq, 
amma sonra 
Ömrümüz boyu yara sağaldırıq. 
Biz qadınlığımızın əvəzini 
qanla ödəyirik.

Məhəmməd Vaqif
Milli.Az













loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08