"Azərbaycanla Preferensial Ticarət Sazişi bu il imzalanacaq" - Zeybekçi
Ölkə
2 Dekabr 2017 11:34

"Azərbaycanla Preferensial Ticarət Sazişi bu il imzalanacaq" - Zeybekçi


Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin imzalanması üçün birgə çalışır və biz sürətlə istədiyimiz nəticəyə doğru irəliləyirik.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında bu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
 
"Bu ilin sonunadək sazişi imzalamağa çalışacağıq", - deyə nazir vurğulayıb.
 
N. Zeybekçi xatırladıb ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib: "Bu, örnək kimi dəyərləndirilə biləcək bir addım idi. Türkiyənin Naxçıvana ixrac etdiyi mallardan vergi tutulmayacaq, eyni zamanda Naxçıvanda istehsal edilib Türkiyəyə göndərilən mallar da rüsumdan azad olunub. Eyni zamanda, bunu da qeyd edim ki, hər iki tərəf mallarını milli valyutalarda satacaq. Bu isə ortaq türk bazarının yaradılması üçün bir mesajdır. Özbəkistanın bu sahədə atdığı addımları da yaxından təqib edirik. Bu ölkə Türkiyə ilə sürətlə yaxınlaşır və bunun davam edəcəyinə inanırıq".

Qurum rəhbərinin fikrincə, viza rejiminin ləğv olunması Azərbaycanda turizm sektorunun daha da inkişafına səbəb olacaq: "Qardaşlar arasında viza olarmı? Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz. Milyonlarla Türkiyə vətəndaşı sizin ölkələrə axacaq. Turizm böyük iqtisadiyyat, böyük inkişaf deməkdir, pul deməkdir. Bu sahələrdə də razılığa gələcəyik, şübhəm yoxdur. Bir az səbrlə işləmək, addım-addım irəliləmək lazımdır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08