AZFAR Business League 1/4 final oyunları başlayır
İdman
2 Dekabr 2017 11:37

AZFAR Business League 1/4 final oyunları başlayır


Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

Şənbə günü 17-32-ci yerlər uğrunda oyunlar start götürür. Komandaların birincilik uğrunda mübarizə aparmamasına ramən, oyunlardakı hərarət səngiməyib. Turnirin reytinq cədvəlindəki mövqeyi və statistik göstəricilərin yüksək olmağı üçün mübarizə aparılır. Bu nəticələr əsasında, yaz kubokunun qrup-mərhələsi zamanı rəqiblərin kor püşkatma keçirilmədən, müəyyən olunacaq. Biznes-liqanın iştirakçıları ilə maydançada qarşılaşmaq, oyunçuların müsbət təsir göstərəcəkdir. Rəqibin oyun imkanlarının, taktiki xüsusiyyətliyini və güclü tərəflərini müəyyən etmək üçün, mükəmməl bir fürsətdir. Məhz bu səbəbdən, ASEP (Azfar Sport Events & Promotion) şirkəti, iştirakçı komandalara keçirilən müxtəlif mərhələlərdən sonra turnirdəki iştirakının davamını təmin edir. Təkcə say etibarı ilə oyunlar deyil, eyni zamanda məşqlərində sayı artıb. Bu da, komandanın oyun taktikasına və fiziki göstəricilərinə müsbət təsir göstərəcəkdir.

Biznes liqa izləyiciləri,bazar günü keçirilicək 1/4 final oyunlarını səbrsizliklə gözləyir. Məhz bu gün payız kuboku uğrunda mübarizə davam edəcək. Gilan Holding və Azersun komandasının qarşılaşması böyük marağa səbəb olacağı gözlənilir. Güclü heyət, dəqiq oyun taktikasına malik iki komanda, qələbəyə gedən yolu addım-addım keçiblər. Amma kubok uğrundakı mübarizəni, yalnız bir komanda davam edəcək.

Oyunları daima izləyən, futbol üzrə mütəxəssislər ilk proqnozlarını veriblər. Bəzisi Gilan Holding komandasının dəqiq oyununu, digərləri isə Azersun komandasının hücum taktikasından söz açıblar. Komandaların oyunlarını hətta Qarabağ və Qəbələnin mübarizəsinə belə bənzədiblər. Keçiriləcək qarşılaşmanın nəticələri hələ məlum deyil. Oyun zamanı, güclü komanda müəyyən olunacaq.

1/4 final oyunları zamanı qarşılaşan digər komandaların oyunlarının da, maraqlı keçəcəyi güman edilir.

Universal komandası, Muğanbank komandası ilə qarşılaşacaq. 1/4 final oyunlarında çıxış edəcək ATL Tech komandası, turnirin güclü komandalarından biri olan Azecolab komandası ilə qarşılacaq. Ümid varıq ki, alınan zədələrə baxmayaraq, komanda tam heyət ilə oyuna qatıla biləcək.

Muğambank və Buta Palace, rəqib komandanın turnirdəki gələcək mövqeləri uğrunda kı, mübarizəsi də, izləyici marağına səbəb olacaq.

Bazar günü eyni zamanda, 8-ci 16-cı yerlər uğrunda mübarizə aparacaq komandaların da, oyunları keçiriləcək: City taxi- M Group Production, Təmiz Şəhər-Silk Way, KaTv1-İteca Caspian, Port of Baku-Embawood.

Oyunların nəticələrini, turnirin rəsmi saytında www.abl.az izləyə bilərsiniz. Bütün komandalara, keçirəcəkləri oyunlarda uğurlar arzu edirik.

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: #www.facebook.com/ablcup/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08