Əhalinin nəzərinə: Bakıya intensiv yağış yağacaq
Digər
2 Dekabr 2017 11:47

Əhalinin nəzərinə: Bakıya intensiv yağış yağacaq


Dekabrın 03-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Lent.az Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz  9-12° isti, Bakıda gecə  5-7° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 775  mm civə sütunu təşkil edəcək. Nisbi  rütubət  80-90 % olacaq. 

 

Azərbaycanın rayonlarına gəlibcə, hava şəraitinin Qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta,  gündüz 3-8° isti olacağı gözlənilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08