Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilindən 15 ədəd mobil telefon aşkarlanıb
Ölkə
2 Dekabr 2017 11:51

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilindən 15 ədəd mobil telefon aşkarlanıb


Bakı. 2 dekabr. REPORT.AZ/ Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilindən 15 ədəd mobil telefon aşkarlanıb.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) məlumat verilib. 
Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin tarpedasının içərisindən gömrük nəzarətindən gizlədilən 15 ədəd "Mezui X-BO" mobil telefonları və 10 ədəd telefon qutuları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08