Reynaldo Azərbaycan çempionuna rəqib oldu
İdman
2 Dekabr 2017 11:54

Reynaldo Azərbaycan çempionuna rəqib oldu


Azərbaycan çempionu "Lokomotiv"in "Çelenc Cup"ın 1/16 final mərhələsindəki rəqibi "Fonte Bastrado" heyətini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Portuqaliya klubunun baş məşqçisi Xose Migel Bakı təmsilçisi ilə matç üçün 12 voleybolçu sifariş edib.

Komandanın heyətinin əsasını legionerlər təşkil edir. Belə ki, "Lokomotiv"lə qarşılaşacaq komandada cəmi 3 yerli oyunçu meydana çıxacaq. Digər 9 voleybolçu isə 4 ölkəni təmsil edəcək.  

Toppaylayıcılar: Robert Viiber (Estoniya), Bruno Alveş (Braziliya)
Blokçular: Qerson Pereyra (Kape Verde), Rikardo Filyo, Maykon Kosta (hər ikisi Braziliya)
Hücumlular: Dioqo Morais, Karlos Vina, Osvaldo Ferreira da Silva (hər üçü Portuqaliya), Aleksandrs Kudryaşovs (Latviya), Kaio Roşa, Reynaldo da Silva (hər ikisi Braziliya)
Libero: Daniel Ruiz (Estoniya)

Qeyd edək ki, ilk matç dekabrın 7-də Bakıda, cavab oyunu 13 gün sonra Azor adalarında olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08