“Miçelə elə gəldi ki, onu qəsdən vurmuşam” - "Neftçi"nin futbolçusu
İdman
2 Dekabr 2017 12:14

“Miçelə elə gəldi ki, onu qəsdən vurmuşam” - "Neftçi"nin futbolçusu


"Neftçi"nin müdafiəçisi Kirill Petrov Topaz Premyer Liqasının XIV turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ukraynalı futbolçu əvvəlcə oyunu şərh edib.

- Kifayət qədər maraqlı oyun alındı. Fərqlənmək üçün şanslarımız çox olsa da, istifadə edə bilmədik. Həmin epizodlardan sona qədər yararlanmaq lazım idi. Çətin olacağını bilirdik. Birinci hissədə sanki oynamaqdan sıxılırdıq. İkinci yarıda isə daha yaxşı təsir bağışladıq. Məncə, oyuna nəzarət edən tərəf biz idik. Heç-heçəyə nail ola bilərdik. Amma alınmadı. Digər tərəfdən, 0:2, 0:3 hesabı ilə də uduza bilərdik. Çünki bəzi epizodlarda səhvlərə yol verirdik.

- Oyunun sonlarına doğru "Qarabağ"ın yarımmüdafiəçisi Miçellə aranızda mübahisə düşdü. Nə baş vermişdi?
- Adi oyun epizodu idi. Miçelə elə gəldi ki, onu qəsdən vurmuşam. Ona görə aramızda kiçik mübahisə düşdü. Oyundan sonra bir-birimizin əlini sıxdıq və uğurlar arzuladıq.

- Çempionatın birinci hissəsi başa çatdı. Çıxışınızı necə dəyərləndirirsən?
- 14 turu 2 hissəyə bölmək olar: Tərlan Əhmədova qədər və onun gəlişindən sonrakı dövr. Yeni baş məşqçi komandaya yaxşı motivasiya və özünəinam gətirib. İndi daha yaxşı futbol göstəririk.

- Qarşıda "Zirə" ilə kubok oyunu var və avrokubolara vəsiqə baxımından "Neftçi" üçün çox vacib qarşılaşmadır...
- Bizim 2 məqsədimiz var: birincisi, kubokda finala qədər irəliləmək, ikincisi isə çempionatda 4-cü yeri tutmaq. Yalnız bu halda Avroliqaya vəsiqə qazana bilərik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08