İsrail İranın hərbi bazasını partlatdı
Digər
2 Dekabr 2017 12:17

İsrail İranın hərbi bazasını partlatdı


İsrail İranın hərbi hava bazasına hücum edib. Lent.az xəbər verir ki, İsrailin məşhur “Haaretz” qəzeti İsrailə məxsus qırıcı təyyarələrin İranın Suriyadakı bazasına zərbələr endirdiyini yazıb.

 

Qəzetin yazdığına görə, Livanın hava məkanından keçən İsrail təyyarələri Suriya paytaxtı Dəməşqin yaxınlığındakı İran hərbi bazasını hədəf alıb. Dəməşqin 13 kilometrliyində yerləşən “El Kisva” bazasında böyük partlayışlar baş verib. bundan sonra paytaxtın və ətraf məntəqələrin əksəriyyətinin elektrik təchizatı da dayanıb.

 

Hücumla bağlı rəsmi Dəməşq və İran hələlik açıqlama verməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl BBC İranın Dəməşq yaxınlığında hərbi hava bazası yaratdığını yazmışdı.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08