"Anam bəy qızı idi, bəy balası kimi də getdi..." - Azərbaycanlı müğənni - VİDEO - FOTO
Şou-Biznes
2 Dekabr 2017 12:24

"Anam bəy qızı idi, bəy balası kimi də getdi..." - Azərbaycanlı müğənni - VİDEO - FOTO


"ARB Ulduz"un "Şou məkan" proqramının növbəti qonağı müğənni Abdul Xalid olub.

Milli.Az xəbər verir ki, çətin günlərində yanında olub dəstəyini əsirgəməyənlərdən danışan müğənni elə həmin ərəfələrdə ətrafındakı bəzi insanların iç üzünü tanıdığını söyləyib:

"Xalidin etimad göstərdiyi insanların 90 faizi mənim yanımda idi. Kimlərin yanında olmuşamsa, həmin insanlar da o ərəfələrdə mənim yanımda oldular. Elə insanlar oldu ki, onların hər zaman yanlarında olmağıma dəyməzmiş. Ağır günlərdə istər-istəməz adamın gözü yolda olur. Gözləyirdim. Bu hadisəni olmamış kimi qəbul etdilər. Onların bir sözünü iki etməmişəm. Onlar öz aləmlərində yəqin ölməzlər siyahısındadırlar".

Dostu, sirdaşı hesab etdiyi anasının vəfatı Abdul Xalidi həddən artıq sarsıdıb və ifaçı, beləliklə, ona həyatı öyrədən müəllimi də itirib:

"Anam mənim üçün dost, sirdaş, müəllim olub. Mən hər şeyi ondan öyrənmişəm. O, bizə insanların arasında necə davranmalı olduğumuzu başa salırdı.

Kiçik övlad olduğum üçün ona çox bağlıydım. Həqiqətən, mənim üçün sarsıdıcı oldu".

Anasının heç vaxt onu tərifləmədiyini, hər zaman danladığını etiraf edən müğənni onun ölüm ayağında belə bəy qızı kimi davrandığını söylədi.

"Anam deməzdi ki, mənim ağıllı oğlum, səninlə fəxr edirəm. Hər zaman bizi qınayırdı. Deyirdim ki, heç olmasa bir dəfə təriflə də. Cavab verirdi ki, uşaqlıqda yaxşı idi, böyüdü "zayı çıxdı".

O, həqiqətən, bəy balası kimi getdi. Anam bəy qızı idi, bəy balası kimi də getdi. Onun son nəfəsində mən ağladım, dedi ki, niyə ağlayırsan? Mən elə oğul böyütməmişəm ki, o ağlasın".

Anasını itirdikdən sonra Abdul Xalid Mətanət İsgərdərlinin ifa etdiyi "Anam hadasan" mahnısına müraciət edib və yeni aranjmanda səsləndirməyi özünə borc bilib:

"Əslində, ölü bizik. Onlar Haqq dünyasındadırlar. Fani dünyada yaşayan bizik. Ona görə də mən bir mahnıya müraciət etdim. O da Mətanət İsgəndərlinin repertuarından oldu. Onlar da sevə-sevə dedilər ki, oxusun. Musiqisi Asif Kərimovun, sözləri Sərvər Şahbəylinindir. Dostum Bəbir Bəbirli isə mahnını aranjiman elədi. Ana mahnısı çoxdur. İnsan hər zaman anasını axtarır, görür, gözləyir".

Anasının vəfatından sonra oxuyub-oxumayacağı ilə bağlı yayılan söz-söhbətlərə isə müğənni bu cür aydınlıq gətirdi.

"Bacım bir gün gəldi, dedi ki, qadınlardan kimsə deyib ki, Xalid yəqin oxumaz. Bacım cavab verib ki, niyə oxumur ki? Demirəm ki, anam istəmişdi ki, mən müğənni olum. Ancaq hər zaman istəyirdi ki, hər şeyin yaxşısını edim. Bu, mənim işimdir. Kim nə deyəcək, onun öz işidir. Şaiyə yayılmışdı ki, guya Xalid oxumur. Mən işləməsəm, özümə qapansam, anamın ruhu narahat olar".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Anam bəy qızı idi, bəy balası kimi də getdi..." - Müğənni anasından danışdı



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08