Azərbaycanlı qadın Konyada birgə yaşadığı kişini öldürdü - FOTO
Ölkə
2 Dekabr 2017 12:24

Azərbaycanlı qadın Konyada birgə yaşadığı kişini öldürdü - FOTO


Türkiyənin Konya vilayətinin Selçuklu qəsəbəsində Azərbaycan əsilli qadın tərəfindən bıçaqlanan kişi dünyasını dəyişib.

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sağlamlıq müayinəsindən keçirilən şübhəli qadın jurnalistlərin "Niyə öldürdünüz?" sualına verdiyi cavabla hər kəsi dəhşətə gətirib.

Məlumata görə, Azərbaycan əsilli Aysel E. (27) evdə 9 aylıq uşağı Emir E-ni hərəkətsiz halda görüncə, uşağını birlikdə yaşadığı Ümit Göker (34) ilə xəstəxanaya aparıb.

Həkimlərdən uşağında boğulma əlamətləri olduğunu öyrənən Aysel E. ilə Ümit Göker arasında avtomobildə mübahisə düşüb.

Qısa zamanda davaya dönən olayda bıçaqla yaralanan Göker çatdırıldığı Selçuk Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib.

Şübhəli Aysel E. saxlanılıb. Aysel E. jurnalistlərin "Niyə öldürdünüz?" sualına, "Uşağımı yorğanla boğdu. Ona görə də öldürdüm. Peşmanam" cavabını verib.

Müalicəsi davam edən uşağın həyati təhlükəsinin davam etdiyi deyilir.

Təhməz Təkin
Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08