“Barselona”da gözlənilməz AYRILIQ
İdman
2 Dekabr 2017 12:43

“Barselona”da gözlənilməz AYRILIQ


İspaniya Liqasında mövsümə adını qızıl hərflərlə yazdıran “Barselona” komandasında yarpaq tökümü başlayıb.

Publika.az xəbər verir ki, argentinalı müdafiəçi Xavyer Maskerano katalon klubundan ayrılmağa qərar verib.

Aldığı zədə səbəbilə yerini Tomas Vermalenə buraxan 33 yaşlı futbolçu müqavilə müddətinin 2019-cu ildə bitməsinə baxmayaraq, komandadan ayrılma vaxtının gəldiyini bildirib.

Maskerano Pep Quardiolanın sistemində mərkəz müdafiəçisindən müdafiəçi mövqeyinə keçən, pas oyununun son illərə damğa vurmasına yardımçı olan əsas oyunçulardan biri olub.

Qeyd edək ki, argentinalı müdafiəçi “Barselona”da 331 dəfə forma geyinib. O, 4 La Liqa, 4 Kral Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FİFA Dünya Kuboku və 3 İspaniya Super Kubokunun qalibi olub.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08