Generalın məhkəmədə intihar məqsədi ilə içdiyi zəhərin tərkibi məlum oldu
Dünya
2 Dekabr 2017 12:54

Generalın məhkəmədə intihar məqsədi ilə içdiyi zəhərin tərkibi məlum oldu


Xorvatiyanın keçmiş Müdafiə Şurasının Bosniya və Hersoqovinadakı başçısı, müsəlmanlara qarşı soyqrım törətdiyinə görə mühakimə olunan general Slobodan Pralyakın Haaqa Beynəlxalq Məhkəməsində proses zamanı intihar məqsədi ilə içdiyi zəhərin tərkibi məlum olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, Niderland Krallığı Prokurorluğunun ilkin araşdırmaları nəticəsində onun qanında kalium sianit tərkibli zəhər aşkarlanıb. 
"Toksikoloji ekspertizanın ilkin nəticəsinə əsasən, Slobadan Pralyakın qanında kalium siant tərkibli maddə aşkarlanıb. Bu ürək çatışmazlığı yaradıb və ölümlə nəticələnib", - prokurorluğun məlumatında vurğulanıb.

Qeyd edək ki, bu il noyabrın 29-da Haaqa Beynəlxalq Məhkəməsində hərbi cinayətlərə görə məhkum edilmiş general S.Pralyak və başqa 5 Bosniya xorvatının şikayətinə baxılıb. O, həmin məhkəmə iclasının gedişində zəhər içərək özünü öldürüb.
Xatırladaq ki, S.Pralyak və Y.Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.
2013-cü ildə məhkəmənin qərarı ilə S.Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi. Bosniya xorvatlarının lideri Yadranko Prliç isə 25 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08