Senat ABŞ tarixində ən böyük vergi islahatlarından birinin layihəsini təsdiqləyib
İqtisadiyyat
2 Dekabr 2017 12:56

Senat ABŞ tarixində ən böyük vergi islahatlarından birinin layihəsini təsdiqləyib


Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Senatı ölkənin vergi sisteminin hərtərəfli nəzərdən keçirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, islahatların qəbul edilməsinin lehinə 51, əleyhinə isə 49 senator səs verib.
Gələn həftə Senat və öz vergi qanun layihəsini təsdiq etmiş Nümayəndələr Palatası arasında bu təşəbbüslərin müzakirəsi keçiriləcək. Bu iki palata Ağ evə imzalanması üçün vahid qanun layihəsi hazırlamalı olacaq.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp respublikaçıların təşəbbüslərinin həyata keçirilməsi nəticəsində ölkə tarixində ən böyük vergi imtiyazlarının veriləcəyini vəd edib.
"Reuters"in məlumatına görə, Senatın dekabrın 2-də təsdiq etdiyi qanun layihəsi ötən əsrin 80-ci illərindən etibarən ən böyük vergi islahatıdır. Layihəyə əsasən, ABŞ korporasiyasının mənffət vergisi 35%-dən 20%-ə qədər endirilməlidir. Respublikaçılar bunun ABŞ iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artıracağına və ABŞ şirkətlərinin xaricdəki gəlirlərini ölkəyə qaytaracağına birbaşa təsir edəcəyini düşünürlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08