THY: İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib
İqtisadiyyat
2 Dekabr 2017 13:06

THY: İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib


Bakı. 2 dekabr. REPORT.AZ/ Qatı duman səbəbindən Naxçıvan aeroportunda gözləməyə məcbur olan İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib. Bunu “Report”a uçuşu həyata keçirən “Türk Hava Yolları”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.
S.İlyasın sözlərinə görə, təyyarənin Naxçıvanda qrafikdən artıq gözləməsinin səbəbi Gəncə aeroportunda qatı dumanın olmasıdır:
“Bizim reyslər Naxçıvan üzərindən həyata keçirilir. Yəni təyyarələrimiz Naxçıvan hava limanında eniş edir, daha sonra isə Gəncəyə uçur. Məlum səbəbdən yubanma olduğu üçün sərnişinlərimiz bir qədər narahat olublar. Amma belə hallarda biz öz sərnişinlərimizə yardım edirik. Gəncə Hava Limanında duman çəkildiyi üçün təyyarə aeroporta uğurlu eniş edib”.
Xəbər verdiyimiz kimi, bu gün baş tutmalı olan İstanbul-Gəncə reysi qatı duman səbəbindən yubanmışdı. THY tərəfindən İstanbul-Gəncə reysi ilə uçan təyyarə yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi.
Xatırladaq ki, bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08