Rusiya XİN: Xəzərin hüquqi statusu haqqında Konvensiyanın mətni ilə bağlı tezliklə razılıq əldə olunmasını prioritet hesab edirik
Ölkə
2 Dekabr 2017 13:21

Rusiya XİN: Xəzərin hüquqi statusu haqqında Konvensiyanın mətni ilə bağlı tezliklə razılıq əldə olunmasını prioritet hesab edirik


Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi dekabrın 4-5-də Moskvada keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünü şərh edib.
"Report" Rusiya XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin görüşü yeddinci dəfə keçiriləcək.
Məlumata görə, nazirlər Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyaya, eləcə də iqtisadiyyat, nəqliyyat, hərbi naviqasiya, brakonyerliyə qarşı mübarizə, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi və bir sıra başqa sahələr üzrə Xəzər dənizində beştərəfli əməkdaşlığı tənzimləyən sənədlərə diqqət ayıracaqlar. Görüşün əsas məqsədi Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıqdır.
"Rusiya "Xəzər beşliyi" çərçivəsində dialoqun etimadlı və dostluq xarakterini yüksək qiymətləndirir, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni ilə bağıı tezliklə razılıq əldə olunmasını, Xəzər dənizi üzrə qonşu ölkələrin qarşılıqlı faydalı əlaqələrinin daha da genişləndirilməsini prioritet hesab edir", - Rusiya XİN-in mətbuat xidmətindən bildiriblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08