Qitəni batareyaya qoşdular - Dünyada ilk dəfə - VİDEO - FOTO
Maraqlı
2 Dekabr 2017 13:54

Qitəni batareyaya qoşdular - Dünyada ilk dəfə - VİDEO - FOTO


Amerikalı iş adamı, milyarder İlon Mask yenə dünyanı heyrətləndirəcək addım atıb. Onun "Tesla" korporasiyası Avstraliyanın elektroenergetika sisteminə dünyanın ən böyük litium-ion batareyasını qoşub.

Milli.Az bildirir ki, əsl sensasiya bu batareyanın cəmi 60 günə quraşdırılmasıdır.

Futbol meydanı boyda nəhəng batareyanı İlon Mask Avstraliyada mərcə inşa etdirib.

O, Twitter-dəki profilində batareyanın inşasının 100 günə tamamlanacağını, inşa işlərinin uzanacağı təqdirdə batareyanın Avstraliyanın hakimiyyət dairələrinə pulsuz, hədiyyə veriləcəyini yazmışdı.

100 meqavattlıq nəhəng akkaumulyator batareyası Cənubi Avstraliya ştatındakı Ceymstaun şəhərinin yaxınlığında, Adelaida ştatından 200 km şimalda tikilib.

Fransanın "Neoen" şirkətinin külək elektrostansiyası ilə birləşdirilmiş nəhəng batareya 60 günə, Avstraliyada yayın ilk günündə istifadəyə verilib. Bu, çox önəmlidir: isti yay günlərində kondisionerlər işə salındığından Avstraliyanın elektroenerji sisteminə düşən yük dəfələrlə artır.

Nəhəng batareya enerji istehsal etmir, toplayır.

Avstraliyada elektroenerji çox bahadır. Cənubi Avstraliya ştatında isə elektroenerjinin qiyməti dünya rekordu vurur. Bu problemi külək və Günəş elektrostansiyaları vasitəsilə həll etməyə çalışırlar. Lakin belə stansiyalardan enerji sürəkli gəlmədiyindən "Tesla"nın nəhəng akkumulyatoru pik saatlarda problemi həll edəcək.

Superbatareya 50 milyon dollara başa gəlib.

Cənubi Koreyanın "Hyundai" korporasiyası isə gələn il Maskın şirkətinin quraşdırdığı batareyadan 1,5 dəfə güclü batareyanı istifadəyə vermək niyyətindədir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:

Nəhən batareya işə düşdü







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08