“Biz bir ailəyik” - FOTO
Digər
2 Dekabr 2017 13:54

“Biz bir ailəyik” - FOTO


Dekabrın 1-də Heydər Əliyev Sarayında "Biz bir ailəyik" adlı konsert keçirilib.

3 dekabr "Beynəlxalq Əlillər Günü" münasibəti ilə keçirilən konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.

Konsertdə Daun sindromlu uşaqların "Günəş uşaqları" adlı rəqs qrupu, "İstedadlı əlillər" cəmiyyətinin əlilləri, 1saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış ediblər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət "Könül dünyamız" ansamblı müşaiyət edib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların Beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. "Beynəlxalq Əlillər Günü"nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08